yenicag.az
yenicag.az

Rusiya Talibanla əlaqəsini təsdiqlədi

Rusiya Talibanla əlaqəsini təsdiqlədi

Müəllif: Redaktor

Editor

rusRusiyanın Orta Asiyanın təhlükəsizliyi üçün həm Əfqanıstan siyasi rəhbərliyi, həm də Talibanla əməkdaşlıq etdiyi bəlli oldu.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə bir açıqlama ilə Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantutski çıxış edib. Onun sözlərinə görə, ABŞ, İngiltərə, Almaniya, İtaliya, İran, Pakistan və Çin kimi ölkələr də Talibanla əməkdaşlıq edir: “Hesab edirəm ki, ABŞ terrorla mübarizə məsələsində Əfqanıstanda uğur əldə edə bilmədi”.

Son günlər İŞİD-in Əfqanıstanda fəallaşmasından Rusiyanın narahatlığını dilə gətirən A.Mantutski bildirib ki, bu terror təşkilatı bütün Orta Asiyanı təhdid edir.

Yeniçağ.az

Dünya, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti