“Rusiya təyyarəsini biz vurmuşuq” – Ərdoğan

Müəllif: Redaktor

Editor

0ab50d14dade5a342b113e35018e4Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hərbçilərinin Suriya səması üzərində Rusiyaya məxsus “Su-24” tipli təyyarəni vurması xəbərini təsdiqləyib.

Bu barədə “Bloomberg” agentliyinin Türkiyə müxbiri Fərcan Yalinkilic öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də bu xəbəri təsdiqləyib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər(Azvision)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır