Rusiya təyyarəsini İŞİD vurub – Məsuliyyəti üzərinə götürdü

Rusiya təyyarəsini İŞİD vurub – Məsuliyyəti üzərinə götürdü

Müəllif: Redaktor

Editor

2015-10-31T113219Z_1588347480_GF20000040108_RTRMADP_3_EGYPT-CRASH-pic4_zoom-1500x1500-21498İslam ekstremistləri (İŞİD) bu gün Misirdə baş verən dəhşətli təyyarə qəzası ilə bağlı məsuliyyəti öz üzərinə götürüblər.

Məlumatı Reuters yayıb. İŞİD iddia edir ki, rusların təyyarəsini ekstremist döyüşçülər Sinay yarımadası səmasında vurublar. Artıq sözügedən xəbər İŞİD-in qeyri-rəsmi saytı olan “Amaq”da da yerləşdirilib.

Xatırladaq ki, А-320 təyyarəsinin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvü olmaqla ümumilikdə 224 nəfər uçub. Onlardan heç biri sağ qalmayıb.

Misir xilasedicilərinin məlumatına görə isə Rusiya təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya düşüb.

Təyyarə Misirin kurort zonası olan Şarm-aş-Şeyxdən Sankt-Peterburda uçurmuş.

Hadisə ilə əlaqədar olaraq Rusiya prezident Vladimir Putin ölkədə matəm elan edib(Qafqazinfo)

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti