www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Türkiyədə danışıqlar zamanı Suriya və İraqdakı vəziyyət, Şimali İraq Kürd Muxtariyyatındakı referendum, rəsmi Moskva və Ankara arasında iqtisadi əməkdaşlıq, eləcə də iki ölkə arasında turist axını barədə müzakirələr aparıblar. 

Məsələ ilə bağlı “Alpari” analitik mərkəzinin direktoru Aleksandr Razuvaev “Yenicağ.az”-a bunları deyib:
“Ticarət dövriyyəsindəki yüksələn rəqəmlər artıq ölkələr arasındakı böhrandan əvvəlki səviyyəyə çatıb. Bu isə iki nazirlik arasında birgə çalışmaların uğurla həyata keçirilməsi nəticəsində mümkün olub.

Türkiyədəki rus turistlərin sayı da 11 dəfə artaraq, 2,5 milyon nəfər təşkil edib.
Enerji sahəsində iki ölkə arasında “Türk Axını” layihəsinin reallaşdırılması gözlənilir. Tikintisi 2019-cu ildə başa çatacaq olan bu layihə Rusiya üçün risklərdən azad tranzit yaranmasına imkan verəcək.

Son iki il ərzində Rusiya və Türkiyə arasındakı münasibətlər dramatik hadisələrlə üzləşdi. Təbii ki, ölkələr arasında işgüzar fəaliyyətin bərpa edilməsini yalnız alqışlamaq olar. İki ölkə arasında münasibətlərin stabilləşməsi üçün Qazaxıstan və Azərbaycan prezidentləri çox səy göstərdilər. Beynəlxalq terrorizmlə mübarizə və qarşılıqlı maraqların nəzərə alınması Rusiya-Türkiyə əlaqələrinin öncül məsələləridir.

Lakin başlıca məqam başqadır. Müasir dünyada həqiqətən də suveren olan ölkələr, sözün əsl mənasında parlaq və xarizmalı siyasətçilərin sayı çox deyil. Türkiyə prezidenti birmənalı şəkildə məhz bu sırada yer alır. Rusiyanın S-400 sistemlərinin alınması məsələsində Vaşinqtonun sərt reaksiyasını və Türkiyənin prinsipial mövqeyini xatırlamaq kifayətdir. Türkiyənin Rusiya Federasiyası daxilindəki türk respublikaları – Tatarıstan və Başqırdıstan ilə sıx iqtisadi və mədəni əlaqələri var. Türk dünyası 160-165 milyon istehlakçıdır. Türkiyə ənənəvi olaraq, burada lider rolu oynamağa çalışır. Lakin indi bu rola daha çox dost Rusiya və Qazaxıstan namizədliyini irəli sürür. Rusiya Türk dövlətlərilə birlikdə müstəqil, suveren iqtisadi güc mərkəzi yaratmaq şansına malikdir. Bunun üçün vahid ticarət xidmətləri və kapital bazarı vacibdir. Rəsmi Ankaranın sözügedən layihədə rolunu və təsirini qiymətləndirməmək çətindir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1053
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."