Rusiya, Türkiyə və İran Astana görüşünə hazırlığı müzakirə etdilər

Müəllif: Gulnare Eynullaqızı

Editor

Rusiya, Türkiyə və İran diplomatları Moskvada bir araya gələrək Astanada Suriya ilə bağlı aparılacaq danışıqlara hazırlığı müzakirə ediblər.

Yeniçağ.az-ın məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, müzakirələr Astanada yanvarın 23-nə təyin olunan Suriya nizamlanması üzrə beynəlxalq görüşün keçirilməsi və ona hazırlıq məsələləri üzərində cəmləşib.

“Qarşıda duran forumun Suriyada hərbi əməliyyatların dayandırılmasını və uzun müddət dayanıqlılığını təmin etmək, BMT-nin siyahısına daxil olan terror qruplaşmaları ilə mübarizəni davam etdirmək, həmçinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Suriyaya dəstək Beynəlxalq Qrupunun qərarları əsasında Suriya böhranının siyasi nizamlanması prosesinə lazımi təkan verməkdən irəli gəldiyinə dair ümumi fikir səsləndirilib”, – XİN-in məlumatında qeyd olunub.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir