!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Türkiyə arasındakı iqtisadi maneələr aradan qaldırılır

!Reklam – Yazi

Türkiyə Cumhuriyyəti və Rusiya Federasiyası arasındakı ticarət əlaqələrinin qarşısındakı əngəl və məhdudiyyətlərin ləğv edilməsi məqsədilə iki ölkə arasında ortaq razılaşma imzalanıb.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin baş nazir köməkçisi Mehmet Şimşek və Rusiyalı həmkarı Arkadi Dvırkoviç razılaşmanı imzalayıblar.

İclasda Rusiyanın baş naziri Dmitri Medvedyev və Türkiyənin baş naziri Binali Yıldırım da iştirak edib.

Ticarət sahəsindəki məhdudiyyətlərin qarşılıqlı şəkildə aradan qaldırılmasını nəzərdə tutan qərar Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinlə 3 may Soçi görüşündə verilmişdi.

Qeyd edək ki, QDİƏT sammiti üçün İstanbula rəsmi səfər edən Rusiya baş nazirinin Ərdoğanla görüşü nəzərdə tutulur.

Yenicag.Az

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv