www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiya ilə Türkiyə arasında Suriya və İraq bazarı uğrunda mübarizə kəskinləşir.

Yeniçağ.Ru-nun məlumatına görə, Türkiyə şirkətləri Rusiyaya görə Suriya və İraqdakı bazarları itirməkdədirlər.

Türkiyə bitki yağları istehsalçıları İttifaqının məlumatına görə, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bu ölkənin Suriyadakı hərbi-siyasi təsir imkanlarından, o cümlədən Ankara-Dəməşq və Ankara-Bağdad münasibətlərindəki gərginlikdən istifadə edərək, bu ölkələrin bazarlarından Türkiyə məhsullarını sıxışdırır.

Qeyd olunur ki, Türkiyənin bitki yağı istehsal edən şirkətləri son 20 ildə Suriya və İraq bazarlarının əsas ixracatçıları olublar. Ancaq Rusiyanın Suriyaya müdaxiləsindən və İraqla əlaqələri bərpa etməsindən sonra bu ölkənin aqrar şirkətləri oradakı daxili bazarlarda möhkəmlənməyə çalışırlar.

Son aylarda Suriya və İraqın bitki yağı idxal edən ticarət qurumları Türkiyə şirkətlərinə verdikləri sifarişləri minimum səviyyəyə endiriblər. Türkiyə şirkətlərinin bildirdiyinə görə, ruslar bu məsələdə yerli hakimiyyət orqanlarının inzibati təsir imkanlarından yararlanaraq, bazarlarda inhisarı ələ keçirtməyə cəhd edirlər. Türkiyənin iqtisadi təhlilçiləri Rusiyanın bu davranışını “elan olunmamış ticarət müharibəsi” adlandırıblar.

Xatırladaq ki, uzun müddətdir, davam edən vətəndaş müharibəsi nəticəsində Suriya və İraq iqtisadiyyatı tamamilə dağılıb. Yaxın Şərqin az-çox inkişaf etmiş bu aqrar ölkələri xarabazara çevrilərək, idxaldan tam asılı vəziyyətə düşüblər.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."