Rusiya və ABŞ Baş Qərargah rəisləri Bakıda görüşdülər

Müəllif: resul

Editor

Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla görüşü barədə məlumat yayıb.

Yeniçağ.Az xəbər verir ki, görüş zamanı gərginliyin azaldılması və insidentlərin yaranması ilə bağlı risklərin qarşısının alınmasını müzakirə ediblər.

“Hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən olunub”, – məlumatda deyilir.

Baş Qərargah rəsiləri həmçinin ABŞ-Rusiya arasındakı hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə təmasların davamı barədə razılıq əldə olunub.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir