putin“Rusiya Suriyada öz əməliyyatlarını davam etdirəcək”

Bunu Yenicag.az-a Türkiyə və Rusiya rəsmilərinin Hələblə bağlı məsələləri müzakirə etmək üçün sabahki görüşü şərh edərkən millət vəkili Asim Mollazadə söyləyib.

Millət vəkili müsbət qərar gözləmədiyini bildirdi:

Asim Mollazadə ile ilgili görsel sonucu“Bu da çox ciddi humanitar faciənin əsas səbəbi olacaq. Beləliklə, bu görüşlərdən heç bir ciddiyyət gözləmirəm. Burada hansısa variantı ancaq ABŞ-ın yeni administrasiyası seçərsə, Rusiya-ABŞ müstəvisində bu problemlərin həlli mümkün ola bilər. Bununçün də Rusiyanın Türkiyəyə hər hansısa güzəşt etməsi gözlənilmir”.

Politoloq Fikrət Sadıqovun fikrincə, Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasına baxmayaraq, reallıq budur ki, bir sıra məsələlərdə onların mövqeləri üst-üstə düşmür:

Fikrət Sadıqov ile ilgili görsel sonucu“Onlar hazırda anti-qərb siyasətini aparır və bir çox hallarda Qərbə qarşı bir platformadan çıxış edirlər. Əgər onlar Suriya məsələsində İŞİD qarşı bir yerdədirlərsə, demək, eyni zamanda burada məqsədlər də müxtəlifdir.

Əgər Rusiyanın əsas məqsədi Bəşər Əsədi müdafiə etməkdirsə, Türkiyənin məqsədi tamam başqadır. Hələblə bağlı isə müxtəlif fikir ayrılıqları var. Əslində, hər iki dövlət bu şəhərin tam azad olunmasına maraqlıdır. İŞİD-çilərdən, radikal dəstələrdən və s.”.

 

 

Gülnarə Eynullaqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."