Yazı İçi 468×60

Suriya ordusu Palmira ətrafında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatına qarşı hücumları davam etdirir.

Yenicag.az Trend-ə istinadən bildirir ki, bu barədə brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri İŞİD-in Palmira ətrafına tarixi abidələrin dağıdılması məqsədi ilə çoxlu sayda partlayıcı gətirib yerləşdirdiyi barədə məlumat əldə edib.

Bundan əlavə Sergey Rudskoy Rusiya və Türkiyə təyyarələrinin birgə hava əməliyyatları keçirdiyini deyib.

Bu əməliyyatlar nəticəsində Hələb əyalətində 40-a yaxın obyektə zərbələr endirilib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."