yenicag.az
yenicag.az

Rusiya xəstəxananı vurdu – 12 ÖLÜ

Rusiya xəstəxananı vurdu – 12 ÖLÜ

Müəllif: Redaktor

Editor

F57B684B-D990-42F6-8DC8-4CE08793B871_w268_r1Suriyanın İdlib vilayətində Rusiyanın hava zərbəsi səyyar xəstəxanaya dəyib, azı 12 nəfər həlak olub. Ölənlər arasında tibb işçiləri də var.

Məlumatı oktyabrın 21-də Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.
“Hava zərbəsi oktyabrın 20-də axşam Sarmin şəhərinə endirilib. Ölənlər arasında bir həkim, bir tibb bacısı, bir mülki işçi var,” qurumun rəhbəri Rami Abdel-Rahman deyib.

Həmin xəstəxananı idarə edən Suriya-Amerika Tibb Cəmiyyəti (SAMS) facebookda yazıb ki, Sarmindəki obyekt “birbaşa hədəfə alınıb” və iki tibb işçisi həlak olub.

Bu cəmiyyətin könüllüləri Suriya, İordaniya, Türkiyə və Livanda tibbi yardımla məşğul olur.
SAMS bildirir ki, oktyabrın 19-da Rusiya Hələbin cənubunda iki xəstəxananı da hədəfə alıb. Xəstələr təxliyə olunub və xəstəxanalar bağlanıb. /”Azadlıq” radiosu

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti