!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib

!Reklam – Yazi

Rusiya Xəzər donanmasının dəniz piyadaları döyüş hazırlığının komandan tərəfindən qəfil yoxlanılması çərçivəsində şərti terrorçuları məhv ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında açıq dənizə çıxıb.

Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edir. Təlimlərə həmçinin 1000-dək hərbçi cəlb olunub.

“Qəfil yoxlama çərçivəsində Xəzər donanmasının dəniz piyadaları batalyonu “Adanak” poliqonunda döyüş atışı ilə müşayiət edilən təlimlər keçirib. Təlimlərdə 500-dən çox hərbçi və 100-dək döyüş və xüsusi texnika iştirak edib. Təlimlər zamanı hərbçilər gizli irəliləmə, qanunsuz silahlı birləşmələrin aşkarlanması, bloklanması və məhv etdirilməsi üzrə tapşırıqları icra ediblər”, – deyə məlumatda bildirilir.
Sosial səhifələrdə paylaş

 

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv