Rusiyada 28 yaşlı azərbaycanlı qaçırılıb

Müəllif: Redaktor

Editor

bicaqRusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı qaçırılıb.

Yeniçağ.Az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, insident dekabrın 22-də baş verib.

Rusiyanın şimal paytaxtına avtomobil almaq üçün gedən azərbaycanlı Tipanov küçəsində yerləşən “Piter” kompleksinə yollanıb. Burada onu üç naməlum şəxs güc tətbiq edərək qara rəngdə olan “Porsche Cayenne” markalı avtomobillə qaçırıb. Avtomobil salonunda azərbaycanlını döyüblər, ardınca 3 milyon rubl tələb ediblər.

Bir müddət sonra həmyerlimiz qaçmağı bacarıb. Qaçan zaman o üz və boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Yerli hüquq-mühafizə orqanları insidenti törətməkdə şübhəli bilinən şəxsləri axtarır.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır