yenicag.az

Rusiyada azərbaycanlı İŞİD-çi həbs olundu-Video

Rusiyada azərbaycanlı İŞİD-çi həbs olundu-Video

Müəllif: Redaktor

Editor

110710_res_01Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krasnoyarsk regional idarəsinin əməkdaşları ekstremisti saxlayıblar.

Rusiyanın “Yenisey TV” telekanalı xəbər verir ki, 19 yaşlı azərbaycanlı sosial şəbəkələr vasitəsilə ictimai qaydada terrorizmi dəstəkləyib.

İstintaq-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkədəki səhifəsində açıq şəkildə insanların edam olunması videogörüntülərini paylaşıb.

Videogörüntülər paylaşmaqla yanaşı o, insanların qətlə yetirilməsi və terror aktlarının törədilməsinə dair çağırışlar, şərhlər də yazıb. Saxlanılan azərbaycanlıya qarşı iki cinayət işi qaldırılıb.

Məlumatda həmçinin bildirilir ki, o, günahını etiraf edir, aktiv şəkildə istintaqa yardım edir (azvision.az).

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti