Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən aşkar edilən kommersiya banklarının kapitallarında yeyinti hallarının son 3 ildə məcmu həcmi 1,5 trln. rubla (250 mlrd. ABŞ dolları) çatıb.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bankların cari balans kapitalının təqribən 25%-i və ya 1 trln. rubl (167 mlrd. dollar) həcmdə əlavə daha aşkarlanmayan yeyintinin olduğu ehtimal edilir.

Ümumiyyətlə, son üç il ərzində Rusiyada hər 3 bankdan biri ya lisenziyasını itirib, ya da sanasiyaya məruz qalıb. Bu proses nəinki xırda bankları, hətta top-30-a daxil olan “Trast” və “Vneşprombank”ı da əhatə edib.

Bankların lisenziyasının geri çağırılmasında əsas səbəb kimi onların aktivlərinin real dəyərini saxtalaşdırmaq olub. Bankların dəyərinin geniş miqyaslı saxtalaşdırılması onların kapitallarında kəsirin yaranmasına səbəb olub. Belə ki, onların aktivlərinin real dəyəri ilə kreditor və əmanət sahibləri qarşısında öhdəlikləri arasında fərq yaranıb.

Kapitalda yaranan kəsir bankların uzun müddətli ödəniş qabiliyyətinin itirilməsinə gətirib çıxarıb. Bu, bankların bütün aktivlərini satsalar belə öhdəliklərini ödəyə bilməyəcəkləri deməkdir. Rusiyada iflas edən bankların hesabatlarda göstərilən aktivlərinin orta hesabla 60%-nin real olaraq heç bir dəyəri olmayıb. Banklar orta hesabla aktivlərinin dəyərini şişirdərək kapitallarının orta hesabla 6 qatına çıxardıblar. Bu da o deməkdir ki, hər bir rubl itkinin 17 qəpiyi bank sahibləri, 83 qəpiyi kreditor və əmanətçilər tərəfindən ödənilib.

Xatırladaq ki, Top-100-ə daxil olan kifayət qədər böyük banklardan son 3 il ərzində lisenziyası ləğv olunanlardan hər birinin kaöitalında yeyinti və ya kəsir halları aşkar edilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."