yenicag.az
yenicag.az

Rusiyada daha bir vertolyot qəzası – İçində biznesmenlər olub-Foto(Yenilənib)

Rusiyada daha bir vertolyot qəzası – İçində biznesmenlər olub-Foto(Yenilənib)

Müəllif: Redaktor

Editor

ced32d3d-6aa2-4af1-b2a3-e907c75290e7_292Rusiyada vertolyot qəzaya uğrayıb.

“Robinson-44” özəl vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Qəza yerində üç nəfərin cəsədi aşkarlanıb. Axtarışlar davam etdirilir”, -deyə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin verdiyi açıqlamada o da qeyd olunur ki, bu tip vertolyotlar 4 nəfər üçün nəzərdə tutulub.

Hazırda vertolyotun kimə məxsus olduğu müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu yaxınlarda daha bir Rusiya vertolyotu qəzaya uğramışdı.

***

Rusiyada qəzaya uğrayan vertolyotun göyərtəsində biznesmenlər olub.

Qəzaya uğrayan “Robinson-44” vertolyotunun sərnişinləri 59 yaşlı V.Slyadnev və 70 yaşlı N.Tonçuk adlı sahibkarlar olub. Məlumata görə, Sladyev tikinti işləri ilə məşğul olan “Ruskiy dom”un rəhbəri və “Dalstoyqrad”ın baş direktoru olub.

N.Tonçuk isə “Yelizovskiy karyer” və “Kamçatskstoy materiallar”a rəhbərlik edib. İlkin ehtimallara əsasən, vertolyot məhz Tonçuka məxsusdur. Sahibkar vertolyotu arvadının adına qeydiyyatdan keçirib. (Aznews)

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti