!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada döyülərək öldürülən azərbaycanlı Bakıya gətirilərək dəfn olundu

!Reklam – Yazi

Rusiyanın Perm şəhərində döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub.

Yenicag.az saytının məlumatına görə, Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev APA-nın Rusiya bürosuna bildirib ki, Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev noyabrın 26-da doğulduğu Bakıda şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

H. Mustafayev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 23-də xəstəxanada keçinib.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

2562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv