Rusiyada Heydər Əliyevlə bağlı layihəyə start verildi

Müəllif: Redaktor

Editor

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi Diasporla iş üzrə Dövlət Komitəsi , Ümümrusiya Azərbaycanlıları Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada “Müasir Azərbaycanın memarı -Heydər Əliyev ” mövzusunda esse müsabiqəsinə start verib.

ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Yenicag.az-a bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir.

Artıq üçüncü ildir ki , Ulu öndərlə bağlı müsabiqə keçiririk müsabiqə üçün yazı forması – ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Müstəqillik Günü mövzusundan ibarət olmalıdır. Müsabiqəsində iştirak etmək istəyənlər esselərini 1 oktyabr 2016 tarixinə kimi azslavmoscow@mail.ru və diasporaz_rf@mail.ru elektron poçtuna göndərə bilərlər.

Qaliblərin mükafatlandırılma mərasimi 9 oktyabr 2016 cı il saat 17:00 da Azərbaycan icması evində keçriləcək .

Əlavə məlumat üçün
+7 (926)363-51-51
+7 (926)328-41-21

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır