Rusiyada “Müasir Azərbaycanın memarı – Heydər Əliyev” müsabiqəsi başladı

Müəllif: Redaktor

Editor

asgaaa18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunacaq.

Bu gün münasibəti ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi Ulu Öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Rusiya cəmiyyətinə dolğun və düzgün çatdırılması məqsədi ilə 16-18 oktyabr 2015 ci il tarixləri arasında Rusiyanın paytaxtı Moskvada “Müasir Azərbaycanın memarı və qurucusu – Heydər Əliyev” sərgisini və eyniadlı yazı müsabiqəsini reallaşdıracaq.

Bu barədə 7News.Az-a ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib.

Onun sözlərinə görə layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında Ulu Öndər Heydər Əliyev irsini təbliğ etmək, eyni zamanda 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü haqqında maarifləndirməkdir: “Biz bu layihəni hər il edirik. Bu tip layihələr Ulu Öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Rusiya cəmiyyətinə dolğun və düzgün çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Sərginin, əsasən, 3 tematika üzrə reallaşdırılması nəzərdə tutulur: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Müstəqillik Günü, Müasir və inkişaf edən Azərbaycan”. Sərginin, bütövlükdə, Rusiya cəmiyyətinin marağına uyğun formatda təşkil olunması nəzərədə tutulduğunu deyən T.Allahverdili qaliblərin diplomla və qiymətli hədiyyələrlə mükafatlandırılacağını bildirib.

Qeyd edək ki, layihənin təşkilatçısı ASGA Rusiya nümayəndəliyi, tərfdaşı isə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəliş Fondudur.

Layihəyə müvafiq olaraq müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını azslavmoskow@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir