Rusiyada spirt tərkibli içkidən ölənlərin sayı 71-ə çatıb -YENİLƏNİB

Müəllif: resul

Editor

skandinaviya

İrkutskda “Yemişan”dan zəhərlənərək ölənlərin sayı 71-ə çatdı.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnık” içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

«Bu gecə daha bir nəfər dünyasını dəyişib, hadisə ilə əlaqədar zərərçəkənlərin sayı 109 nəfərə çatıb. Hazırda xəstəxanalarda 37 nəfər həkimlərin nəzarəti altındadır”, deyə T.Şkurskaya bildirib.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta “Boyarışnık” maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır