Yazı İçi 468×60

1456995976Rusiyanın İrkutsk vilayətində yoxa çıxan “İl-76” təyyarəsinin ekipaj üzvlərindən ikisinin cəsədi tapılıb.

Bu barədə təyyarənin axtarışı üçün yaradılmış operativ qərargahdan bildirilib. Bununla da təyyaradə olan 10 ekipaj üzvünün hamısının cəsədi tapılıb.

İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4-də regionda matəm günü elan edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 on nəfərlik heyətlə meşə yanğınının söndürülməsində iştirak edib. Təyyarə İiulun 1-də radarlardan itib. Təyyarə iyulun 3-də tapılıb.

Təyyarənin məhdud görmə şəraitində nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.(Azvision)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."