!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyada yaşayan azərbaycanlıları təhqir edən deputatın mandatı əlindən alınsın!” – Tələb

!Reklam – Yazi

astanBir neçə gün bundan əvvəl Biləsuvarda cəbrayıllı məcburi köçkünlər işıqlarının kəsilməsinə etiraz edərək, Cəbrayıl rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirtməyə cəhd etdilər.

Etiraz zamanı polislə sakinlər arasında qarşıdurma oldu. Lakin hadisənin ertəsi günü rayon rəhbərliyi sakinlərlə görüşüb. Görüşdə Cəbrayıldan olan deputat Astan Şahverdiyev də iştirak edib. Daha sonra mətbuata açıqlama verən millət vəkili etiraz edənlərin bir hissəsi barədə təhqiramiz ifadələr işlədib. Hətta bu azmış kimi Rusiyada azərbaycanlılara ikrah hissi ilə yanaşdığını da deyib. Rusiyada yaşayan azərbaycanlılardan Astan Şahverdiyevə cavab çox gecikmədi.

Yeniçağ.az informasiya saytının məlumatına görə, Rusiyada müxtəlif sahələrdə çalışan azərbaycanlılar deputatın bu fikirlərinə etiraz ediblər.

Moskvada yaşayan ziyalı İmran Abidin bildirib ki, Rusiyada yaşayan soydaşlarımızı “otxod” adlandırana millət vəkili demək mümkün deyil. Onun sözlərinə görə, bu cür insanlar elə bilirlər ki, xaricdə yaşayan soydaşlarımızın hamısı ancaq alverçilərdir:

“Amma bu astanlar, kəndarlar… unudurlar ki, Rusiyadakı ziyalıların Azərbaycan üçün etdiyinin heç onda birini də bu cür “vəkillər” edə bilməzlər. Bir də ki, halal yolla çörəkpulu qazanmaq heç də ayıb deyil, piştaxta arxasında olsa belə. Təəssüf ki, Azərbaycan parlamentdə belə millət vəkili də var”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili adını ilk dəfə eşitdiyi Astan adlı “millət vəkili”nin Rusiyada yaşayan azərbaycanlıları təhqir etdiyini deyib:

“Bu şəxs o qədər harınlayıb ki , Rusiyadakı böyük bir toplumu təhqir edir. Buna ən layiqli cavab vermək üçün Milli Məclisin intizam komissiyasıına yazılı müraciət etmək lazımdır. Onun “millət vəkili” mandatının ləvğ edilməsinə nail olmağa çalışmalıyıq”.

Moskvada Azərbaycan dili müəllimi işləyən Mehriban Həsənova isə deyib ki, Rusiyaya gələnlərin arasında Astan Şahverdiyev kimi harınlayan, Vətəni hər an satmağa hazır olanlar var:

“Amma deputatın “otxod” adlandırdığı, əslində, ondan qat-qat ləyaqətli, savadlı, əxlaqlı oğullar daha çox müharibədən sonra ölkədə yaranan gərgin iqtisadi durumla əlaqədar olaraq Rusiyaya ailəsini dolandırmaq niyyətilə üz tutub. Sizdən soruşuram: Astan Şahverdiyev, gecə saat 4-dən axşam saat 8-ə kimi Rusiyanın şaxtasında çöldə dura bilərsinizmi? Yad ölkədə şovinist rus millətinin, “skinxed” adlandırılan qatı millətçi qrup nümayəndələrinin qarşısına çıxa bilərsinizmi? Hələ onu demirəm ki, övladlarını məktəbə, universitetə yola salandan sonra “skinxed” bəlasından ürəyinin əsməsinə dözərdimi?

Siz o millət vəkilisiniz ki, sizi o mərtəbəyə layiq görən seçicilərinizi “nəşəli”, “içkili”, “oğru” adlandırıb təhqir edirsiniz? Siz bilirsinizmi, qarşısına çıxdığın o xalq niyə “məcburi köçkün” adını daşıyır? Sizin kimilərinin bu gün rahat yaşayıb, vəzifə başında oturması üçün o məcburi köçkünlərin oğulları cəbhədə canını fəda edib”.

Rusiya Yazıçılar Birliyinin üzvü, şair Sultan Mərzili deyib ki, Astan Şahverdiyevin səsləndirdiyi fikirlər təxribatdır:

“Milləti bölmək, onun Azərbaycandan sonra dünyada ən böyük icması olan Rusiyadakı 2 milyonluq diasporuna qarşı qoymaq ziddiyyət yaratmaqdır. Belə bir adam nəinki millət vəkili, heç Azərbaycan vətəndaşı olmağa da layiq deyil”.

Tatarıstanda Azərbaycan diasporunun sədri Sübhan Ağazadə hələ də dar düşüncəli, savadsız şəxslərin yüksək kürsüdə yer almasına təəssüf etdiyini deyib:

“Bir millət vəkili olaraq, Rusiyada yaşayan azərbaycanlıların Vətən üçün gördükləri işləri araşdırmısanmı? Öz ailəsini saxlamaq üçün soyuqda, şaxtada işləyən insanları hansı hədlə təhqir edirsən?”.

Ulyanovski şəhərində yaşayan diaspor fəalı Vüsal Əskərov da bildirib ki, belə millət vəkillərinin azərbaycanlı gənclərin Rusiyada hansı işlər görməsindən əsla xəbəri yoxdur:

“Rahat yerdə otur, sonra da milləti təhqir elə. Fikrimcə, Milli Məclisin intizam komissiyasi bu kimi hallara diqqət etməlidir”.

Rusiyada yaşayan azərbaycanlı alim Xanlar Cəbiyev isə Astan Şahverdiyevin səsləndirdiyi fikrə daha sərt reaksiya verib. O, deyib ki, bu deputatı tibbi müayinədən keçirtmək lazımdir.

Rusiyada yaşayan azərbaycanlı Şamil Tağıyev heç vaxt piştaxta arxasında durmasa da, bu işi görənlərə hər zaman hörmətlə yanaşdığını deyib. Onun sözlərinə görə, bu insanlar pullarını halal yolla qazanırlar:

“Rusiyaya çörəkpulu dalınca gələnlər içərisində elələri var ki, iki ali təhsil alıb. İndi onlar “tullatı”dırmı? Ola bilsin, Milli Məclisin deputatı öz yaxınları arasında araşdırma aparıb. Bu insan artıq neçənci dəfədir ki, millət seçilir və ona görə də xoşbəxtdir ki, piştaxta arxasına düşməyib. Belə insanlar fizionomiya baxımından azərbaycanlı deyil”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

1709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv