!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadakı soydaşlarımızın 20 yanvarla bağlı çəkdikləri film – VİDEO

!Reklam – Yazi

1991-ci ildə Rusiyada yaşayan azərbaycanlıların, Samara şəhərində fəaliyyət göstərən “Ozan” Azərbaycan mədəniyyət mərkəzinin təşəbbüsü və Leytenant Şmidt adına Maşınqayırma zavodunun dəstəyilə “Volqa-Film” kinostudiyasında 20 Yanvara həsr olunmuş “Kədərli ana” filmi çəkilib.

Film barədə danışan “Ozan”cəmiyyətinin sədri Elmar Rəsulov bildirib ki, Samara şəhərində yaşayan azərbayacanlılar filmin ərsəyə gəlməsi üçün böyük səy göstəriblər.

– Hadisələrin baş verdiyi ərəfədə Samarada “Ozan” cəmiyyətini yaratmışdıq. Elə bu cəmiyyətin və Samarada yaşayan azərbayacanlıların təşəbbüsü ilə 20 Yanavar faciəsini işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq üçün Samarada fəaliyyət göstərən televiziyalardan birinin jurnalistlərininin Bakıya gəlişini təşkil etdik. Onlar Şəhidlər Xiyabanını gəzdilər, faciə ilə bağlı məlumat əldə etdilər. Bakıda yaşayan rus ailələrlə görüşdülər. Səttarxan adına zavodda oldular. Orada hərtərəfli məlumat aldılar. Bunun əsasında veriliş hazırlandı. SSRİ-nin vaxtında Samara televiziyasının xəbərlər proqramında 25 dəqiqə olan bu verilişi göstərdilər. Sonra məsələ qaldırıldı ki,20 Yanvarla bağlı sənədli film hazırlansın. Biz də bunu təşkil etdik. Samarada Yaşayan azərbayacanlılar bu fikri çox yaxşı qarşıladılar. Və öz xərcimizlə film ərsəyə gəldi. Hətta 1992-ci ildə Azərbayacan telviziyasında da bu filmi göstəriblər. Keçən il bizim öz cəmiyyətimizdə də bu filmi göstərdik. İstəyirik, bildirək ki, biz hələ 1990-cı ildən həmyerlilərimizlə bir yerdə olmuşuq. Dərdlərimizi bir yerdə çəkmişik. Biz hər il 20 Yanavar və Xocalı faciələrini yad edirik.

Bu isə filmin Azərbaycan dilinə dublyajıdır:

Yenicag.az

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv