!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan ABŞ-a adekvat cavab

!Reklam – Yazi

img1743041Moskva Çinə texnologiya, İrana isə Səudiyyəyə qarşı dəstək verə bilər.
“The Moscow Times” qəzeti ABŞ-ın Ukraynanı silahlandırmaq planına rəsmi Moskvanın verə biləcəyi reaksiya barədə yazı hazırlayıb.

Həmin yazıya keçməzdən onu qeyd edək ki, ABŞ və Böyük Britaniya bu məsələdə yekdildir. Ancaq bütövlükdə Avropa Birliyi, xüsusən Almaniya bu plana qarşıdır. Almaniya hesab edir ki, belə bir addım Ukrayna böhranını nəyinki həll etməyəcək, əksinə vəziyyəti bütövlükdə nəzarətdən çıxaracaq.

Yenicag.az xəbər verir ki, “The Moscow Times” yazır ki, Amerikanın belə bir addım atması beynəlxalq səviyyədə gərginliyin güclənməsinə təkan verəcək və əslində bu, ABŞ-ın Rusiyaya “müharibə elan etməsi” anlamına gələcək. Qəzet bildirir ki, hazırda ABŞ Ukraynaya müxtəlif radar sistemləri verib. Həmin sistemlərin yardımı ilə separatçıların raket atəşləri zərəsizləşdirilir.

Ancaq bu kimi köməklər hələ ki, irimiqyaslı deyil. Buna baxmayaraq ABŞ yaxın 3 ildə Ukraynaya dəyəri 3 milyard dollar olan silah vermək fikrindədir. Rusiya Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən Şura üzvü qəzetin əməkdaşına bildirib ki, Vaşinqton belə bir addım atsa “Rusiya Ukraynanın şərqində daha da aktivləşəcək” və Moskva ABŞ və onun müttəfiqlərinə digər “cəbhə”lərdə də asimmetrik cavab verəcək.

Məsələn, Rusiya Çinə ən müasir silahların istehsalında yardımçı ola bilər. Həmin silahlarla Çin ABŞ-ın Sakit Okeandakı bazalarını asanlıqla hədəfdə saxlaya bilər. İndiyə kimi isə Çinin təkidlərinə baxmayaraq Rusiya buna razılıq verməyib. Başqa imkanlar da var. Biz İranı hərəkətə gətirə bilərik.

İranın Səudiyyə Ərəbistanındakı hərbi müdaxiləsini dəstəkləyə bilərik. Əgər belə olsa, neftin qiyməti fantastik həddə çatacaq. Moskvalı strateq və texnoloq Maksim Şepovalinko deyir ki, əlbəttə, Moskva əlini yanına salıb, oturmayacaq. Baş verənləri seyr etməklə kifayətlənməyəcək və əks addımlar atacaq.

Onun fikrincə Ukraynalı hərbçilər üçün amerikan silahından istifadə etmək o qədər də asan olmayacaq: “Nizami orduya belə bir yardım etmək mümkündür, ancaq könüllü batalyonlar belə silahlardan istifadə edə bilməyəcək. Ən azı onları öyrətmək lazım gələcək. Öyrənmək isə əlavə vaxt və pul deməkdir. Ən önəmlisi isə, onların praktiki təcrübəsi də olmalıdır”.

Həm də bunun üçün amerikalı hərbi mütəxəssislərin Ukraynaya gəlməsinə ehtiyac yaranacaq. Belə olduqda isə Rusiya bu faktdan Amerikanın müharibəyə cəlb olunduğunu bəyan etməyə imkan verəcək.

(müsavat.com)

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv