www.sinerjipro.net

SinerjiProWide
Reklam

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar ötən ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlikdən sonra bölgədə vəziyyətin sabitləşməsi üçün fəal səylər göstərib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına keçəcək və davamlı nizamlanmaya nail olumasına istiqamətlənmiş dialoqu bərpa edəcəklər”, – deyə Zaxarova vurğulayıb.

“Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu”, – M. Zaxarova bildirib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."