!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib - Fotolar

!Reklam – Yazi

“Azərbaycan və Rusiya arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.

Eyni zamanda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində “Rosoboroneksport” SC-nin baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adına təbrik məktubu ünvanlayıb. Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək. Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Azərbaycan Silahlı Qüvvələrinin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcək.

Yenicag.az

www.yenicag.az

1732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv