!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı alim Yerin nəhəng asteroidlə toqquşacağını proqnozlaşdırdı

!Reklam – Yazi

asteroid-3155585Rusiya planetar müdafiə mərkəzinin baş direktoru Anatoliy Zayçev Yer kürəsinin nəhəng asteroid və ya kometlə toqquşacağı barədə məlumat verib.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, o bu barədə hava-kosmik məsələləri üzrə təşkil olunmuş konfransda danışıb.

“Ötən il Yer kürəsi sakinlərinin bəxti gətirdi ki, planetimiz 600 metrlik Hellouin asteroidi ilə toqquşmadı. Səma cismi Yerə yaxınlaşmasına 20 gün qalmış, oktyabrın 30-da, aşkar olundu. Belə fəlakət hər an baş verə bilər. Bu səbəbdən hesab edirəm ki, zəruri müdafiə tədbirlərini inkişaf etdirmək çox vacibdir” – Zayçev deyib.

Onun sözlərinə görə, ötən 20 il ərzində Yerin atmosferinə 556 səma cismi daxil olub.

Dekabrın ortalarında NASA və Los-Alamoss milli labaratoriyasının alimləri asteroidlə toqquşmanın qarşısını almaq üçün effektli yollardan danışıblar. Ekspertlərin fikrincə, Yerə təhlükə yaradan səma cismini trayektoriya ilə toqquşdurub partlatmaq olar.

Yenicag.az

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv