!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı diplomat Bakıda qəza törətdi

!Reklam – Yazi

459457_467899Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Vladimir Biryukov Bakıda avtomobil qəzasına düşüb.

Hadisə Nəsimi rayonu, Azadlıq Prospektində baş verib.

Rusiya Federasiyasının Azərbaycandakı səfirinin birinci katibi 1961-ci il təvəllüdlü Vladimir Biryukovun idarə etdiyi səfirliyə məxsus “Hyundai Santa Fe” markalı D 00406 nömrəli avtomobillə Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Aqil Əliyevin idarə etdiyi “Toyota Fortuner” markalı 10 SS 620 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv