yenicag.az

Rusiyalı gənclər İlham Əliyevi belə təbrik etdilər – MÖHTƏŞƏM VİDEO

Rusiyalı gənclər İlham Əliyevi belə təbrik etdilər – MÖHTƏŞƏM VİDEO

Müəllif: resul

Editor

1482571225_fotoBu gün Azərbaycan respublikasının prezidenti İlham Əliyevin doğum günüdür. Bu münasibətlə ASGA Rusiya nümayəndəliyi prezidentin doğum günü münasibəti ilə qeyri adi və olduqca maraqlı video çarx hazırlayıblar.

ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili saytmıza açıqlamasında bildirib ki , video nümayəndəliyin idarə heyətinin xanım üzvləri tərəfindən hazırlanıb , həmçinin biz ASGA Rusiya nümayəndəliyi olaraq cənab prezidentə təbrik məktubuda göndərmişik fürsətdən istifadə edib dünya Azərbaycanlılarının liderini bir daha təbrik etmək istəyirəm

“Cənab Prezident sizi öz adımdan və ASGA Rusiya nümayəndəliyi adından demək istəyirəm ki, çox xoşbəxtik ki, ki, bizim sizin kimi Liderimiz var. Yəqin, hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər sizdə toplanıb. Sizin xaricdə yaşayan gənclərə qarşı sonsuz sevginiz və qayğınız bizə özümüzü vətəndən kənarda daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir.
Sizin gördüyünüz işlər sayəsində gündən-günə çiçəklənən Azərbaycana hədsiz sadiqliyiniz çoxlarını heyran qoyur. Və bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan insanlar Azərbaycanın dünyada ən gözəl və inkişaf etmiş dövlət olduğunu etiraf edirlər. Sizin ədalətinizi həm Azərbaycan vətəndaşları , xaricdə yaşayan milyonlarla diaspor nümayəndələrimiz öz üzərində hiss edir. Heç zaman yanlış hərəkət etməyə imkan verməyəcək alicənablığınız hər kəsi heyran qoyur. Və əlbəttə, sizin ölkəni irəli apardığınız cəsarət, qorxmazlıq, qətiyyət və gücünüzə dünyanın istənilən siyasətçisi həsəd aparır! Biz sizinlə qürur duyuruq! Ad gününüz mübarək Dünya Azərbaycanlıların PREZİDENTİ !”.(7news.az)

Yeniçağ.Az

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti