!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

!Reklam – Yazi

b103ca377a535fe3eb683216748606d3Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib və Rusiyaya göndəriləcək.

Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi İqor Mityakov isə pilot Oleq Peşkovun cənazəsinin noyabrın 29-da rusiyalı diplomatlara veriləcəyini açıqlayıb.

Qeyd edək ki, polkovnik-leytenant O. Peşkov təyyarə vurulandan sonra katapult edib və paraşütlə yerə düşərkən suriyalı döyüşçülər tərəfindən öldürülüb. Digər ekipaj üzvü kapitan Konstantin Muraxtin isə sağ tapılaraq xəsarətlərlə hospitala çatdırılıb.

Bundan başqa, ekipaj üzvlərinin tapılması üçün keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı matros Aleksandr Pozıniç həlak olub. Onun da içərisində olduğu vertolyot atəş altına düşüb.

Prezident Vladimir Putinin sərəncamı ilə O. Peşkov Rusiya Qəhrəmanı (ölümündən sonra) K. Muraxtin və A. Pozıniç isə (ölümündən sonra) “İgidliyinə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus SU-24 bombardmançı təyyarəsi Suriya istiqamətindən Türkiyə sərhədini pozub. Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlığına məhəl qoymayan SU-24 Türkiyənin iki F-16 təyyarəsi tərəfindən vurulub.

Bu hadisə iki ölkə arasında qalmaqala səbəb olub.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv