Yazı İçi 468×60

Bakili_oglanRusiya istintaqçıları 28 yaşlı Moskva sakini Mariya Samoylovanın axtarışına başlayıb. Modern.az saytı Rusiyanın “Lifenews” saytına istinadən xəbər verir ki, qızın atası Artur Mkrtumyan doğma övladının yenicə ərə getdiyi bakılı biznesmen Yuri İsmayılovla birlikdə Suriyaya qaçdığını iddia edir.

51 yaşlı ata hesab edir ki, azərbaycanlı oğlanla evləndikdən sonra İslamı qəbul edən qızı əri ilə birlikdə “İslam Dövləti”nə (İŞİD) qoşulub. O, sözlərinə sübut olaraq cütlüyün daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhəddindən deyil, Türkiyə ərazisindən istifadə etmələrini göstərir.

Artur Mkrtumyan 2014-cü ilin oktyabrından qızından xəbər ala bilmədiyini deyir. Mariya Samoylovanın vətəndaş nikahında yaşadığı Yuri İsmayılovun Bakıdakı qohumlarının da cütlüyün bu şəhərdə yaşamalarını təsdiqləmədiyini diqqətə çatdırır.

Lakin qızın anası Natalya Samoylova uzun illər öncə boşandığı əri Artur Mkrtumyanın narahatlığını bölüşmür. Onun fikrincə, cütlük Bakıda xoşbəxt həyat sürür və İŞİD-ə qoşulmaqdan söhbət belə gedə bilməz:

“Mariya azərbaycanlı ilə evlənib və İslamı qəbul edib. Oğlan turizm şirkətinin rəhbəri idi və böhran zamanı problemlər olduğu üçün getmək qərarına gəliblər. Türkiyəyə uçdular. Mariya oradan zəng edib dedi ki, Bakıya köçürlər və işləri yoluna qoyana qədər əlaqə saxlaya bilməyəcəklər”.

Buna baxmayaraq, Moskvanın Lefortovo rayon polis idarəsi Artur Mkurtumyanın şikayəti əsasında istuntaq öncəsi tədbirlər keçirir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."