Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı istintaq çərçivəsində, terrorçu Mevlüt Mert Altınbaş ilə telefon əlaqəsi olduğu təsbit edilən daha bir nəfər nəzarətə alınıb.

Bu barədə Yeniçağ.Az Anadolu agentliyinə istinadən məlumat verir.

Ankara Təhlükəsizlik İdarəsi, Terrorla Mübarizə Şöbəsi İdarəsi qrupları və istintaqı icra edən Respublika Prokuroru Adəm Akıncının təlimatıyla, Altınbaş ilə telefon əlaqəsi təsbit edilən E.B-a nəzarətə alınıb. Şübhəlinin ifadəsini almaq üçün onu daha təhlükəsiz əraziyə aparıblar.

İstintaq çərçivəsində hələ də 3 məhbus var, onlardan 2-si polis məmurudur.

Qeyd edək ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da adının verildiyi Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."