Rusiyanın bu qərarına Azərbaycan hansı reaksiyanı verəcək? – Şərh

Rusiyanın bu qərarına Azərbaycan hansı reaksiyanı verəcək? – Şərh

Müəllif: Baş Redaktor

Baş Redaktor

cms-image-000004396Ərəstun Oruclu: “Rəsmi Bakı tərəfindən Dövlət Dumasında həmin hadisənin baş verməsinə görə heç bir reaksiya nümayiş etdirilməyəcək”

Rusiyanın bəzi KİV-lərinin yaydığı xəbərə görə, Rusiya Dövlət Dumasının deputatları Sergey Mironov və Nikolay Leviçev tərəfindən “Rusiya Federasiyası Cinayət Məcəlləsinə və Cinayət Prossesual Məcəllənin 151-ci maddəsinə dəyişkiklərin edilməsi haqqında” 938567-6 saylı qanun layihəsi hazırlanıb. Sənədə hazırda Rusiya Dövlət Dumasında baxıldığı bildirilir.

Həmin qanun layihəsi “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutur.

Aydın məsələdir ki, Moskvanın bu addımı Türkiyə səmasını pozan rus hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə münasibətlərin kəskinləşməsilə bağlıdır.  Buradan görünür ki, Kreml təyyarə olayını bəhanə etməklə Türkiyə və türk dünyası ilə münasibətlərin hərtərəfli pozulması yolunu tutub.

Görəsən, Dövlət Dumasının bu addımı Rusiya ilə Azərbaycan arasında normal məcrada olan münasibətlərə də təsir edə bilərmi?

Yenicag.az-a açıqlama verən Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu düşünür ki, Dövlət Duması qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etsə belə, Bakı ona hər hansı bir reaksiya verməyəcək: “Onsuz da indinin özündə Azərbaycan Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu düşünmürəm. Əksinə, Rusiya tərəfdən Azərbaycana qarşı ciddi təzyiqlər var. Hansı ki, bir sıra hallarda bu təzyiqlər görünmür. Ona görə ki, Qərbdən olan təzyiqlərdən fərqli olaraq Rusiyadan gələn təzyiqlərə Azərbaycan hakimiyyəti reaksiya vermir və bunu görməməzliyə vurur. Bu səbəbdən biz də şimaldan olan təzyiqləri bir növ görmürük. Təzyiqlər isə çox ciddidir. Qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında qəbul olunacağı halda da düşünmürəm ki, bu addımın atılması Moskva ilə Bakı arasındakı münasibətlərə ciddi təsir göstərəcək. Ona görə ki, indiyə kimi də Rusiya həmişə Ermənistanla  müttəfiq olub, onlar qondarma erməni soyqırımı haqqında qanun qəbul edəndə də Azərbaycan ona reaksiya verməyib. Reaksiya yenə də olmayacaq. Təbii ki, Dövlət Dumasının belə bir qanunu qəbul etməsi Rusiyada yaşayan çoxsaylı həmvətənlərimizə təsir edəcək.  Amma ümumilikdə rəsmi Bakı tərəfindən həmin hadisənin baş verməsinə görə heç bir reaksiya sərgilənməyəcək”.

ELÇİN

Gündəm, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti