Cənubi Sudanın paytaxtı Cubada göyərtəsində 12 sərnişin olan təyyarə qəzaya uğrayıb.
Təyyarədə olan beş ekipaj üzvünün hamısı Rusiya vətəndaşlarıdır.
“Bu gün qəzaya uğrayan təyyarədə Rusiyadan olan beş ekipaj üzvü və 7 sərnişin olub. Onlardan yalnız ikisi sağ qalıb. Onlardan biri də uşaqdır”, – deyə “South Sudan Tribune” qəzeti öz “Twritter” sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, oktyabrın 31-i Rusiya aviaşirkətinə məxsus təyyarə Şarm-əl-Şeyx –Sankt Peterburq reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı qəzada həlak olub.
Qəza ilə əlaqədar noyabrın 1-i Rusiyada matəm günü elan olunub(Azvision).
www.yenicag.az