!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın fövqəldövlət xülyası – şərh

!Reklam – Yazi

 

rossiyaQabil Hüseynli: “Fövqəldövlət səviyyəsinə çatmaq üçün Çin kimi çalışmaq gərəkdir, daha axşama kimi spirtli içki qəbul edib, küçələrdə yatmaq lazım deyil.

Hazırda Rusiyada bir sıra siyasilər və politoloqlar artıq bu şimal ölkəsinin də güc mərkəzinə çevrilərək, bunun da sayəsində yenidən iki qütblü dünyanın yarandığını iddia etməyə başlayıblar. Görəsən, bu iddia nə dərəcədə əsaslıdır? Yoxsa Kreml adminstrasiyası sadəcə olaraq istəklərini real olaraq göstərməklə dünyanı aldatmaq istəyir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirdi ki, hazırkı vəziyyətdə iki qütblü dünyanın formalaşdığından danışmaq yersizdir: “İki qütblü dünya Rusiya güc mərkəzi kimi formalaşdığı halda mövzu ola bilər. Həm də ideoloji fərqlərin olduğu şəraitdə formalaşa bilər. Rusiyanı hazırda bir güc mərkəzi kimi necə təsəvvür etmək olar? Nə olsun ki, nüvə silahı var. Bir dövlətin ki, büdcəsi başqa bir dövlətin hərbi büdcəsinin yarısı qədərdirsə, burada hansı iki qütblü dünyadan danışmaq olar? Bildiyiniz kimi, Rusiyanın dövlət büdcəsi ABŞ-ın hərbi büdcəsinin yarısından çox deyil ki, azdır. Bu gün Amerika ətrafına 45 ölkəni toplayıb, anti-İŞİD koalisiyası düzəldə bilirsə, Rusiya isə ətrafına 3-4 kiçik postsovet dövlətlərindən toplayıb guya nəsə yaradırsa, buna qütblü dünya demək olmaz. Onu da nəzərə alaq ki, qarşıda Rusiyanı qara günlər gözləyir. Rubl dollar qarşısında mövqeyini daha da itirəcək. İqtisadiyyatında irəliləmə tempi olmayacaq, əksinə aşağı düşəcək. Belə olan halda Rusiya qütb davasına çıxmamalıdır. İqtisadiyyatını inkişaf etdirməli, əhalinin maddi rifah halını yaxşılaşdırmalı, qonşuları ilə dinc yanaşı yaşamaq prinsiplərini öyrənməlidir. Çox səfeh fikirdir ki, filan dövlət mütləq fövqəldövlət olmalıdır. Fövqəldövlət səviyyəsinə çatmaq üçün Çin kimi çalışmaq lazımdır. Daha axşama kimi spirtli içki qəbul edib, küçələrdə yatmaq lazım deyil”.

ELÇİN

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv