!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın “Kalibr” raketi Azərbaycan donanmasını vura bilər – ŞOK İDDİA

!Reklam – Yazi

236600Rusiyanın Xəzər dənizi akvatoriyasından Suriyadakı hədəflərə ən müasir qanadlı raketlərlə kütləvi zərbələr endirməsi beynəlxalq mediada geniş şərh olunmaqdadır.

Əsas mövqe bundan ibarətdir ki, Rusiyanın Xəzər dənizindən “Kalibr” raketləri ilə Suriyaya zərbələr endirməsi tamamilə təbliğat xarakteri daşıyırdı və nümayişkarənə addım idi.

Çünki hərbi baxımdan Suriyadakı hədəflərə 1500 kilometr məsafədən qanadlı raketlərlə zərbə endirməyə ehtiyac yox idi. Suriyada dislokasiya olunmuş Rusiya aviaqruplaşması da həmin hədəfləri asanlıqla vura bilərdi. Uzaqmənzilli qanadlı raketlərlə hədəflərə zərbə endirilməsi o zaman tətbiq olunur ki, düşmənin güclü Hava Hücumundan Müdafiə sistemi olsun və bombardmançı-qırıcı təyyarələrin bu müdafiə sistemini keçməsi böyük risk daşısın.

Bəs Rusiya özünün ən yeni və bahalı raketlərini israf etməklə (özü də Xəzər dənizindən) hansı məqsədlər güdürdü? Virtualaz.org xəbər verir ki, Polşanın nüfuzlu “Gazeta Wyborcza” qəzeti Rusiyanın Xəzər dənizi akvatoriyasından Suriyadakı mövqelərə 26 “Kalibr” raketi buraxmasını Kremlin təbliğat cəbhəsində növbəti qələbəsi adlandırıb.

“Bu əməliyyatla Kreml eyni vaxtda bir neçə məqsədə çatdı: birincisi, o, dünyaya nümayiş etdirdi ki, heybətli müasir silaha malikdir. Axı bu raketlər Qara dəniz akvatoriyasından buraxılsa, təkcə Yunanıstan və Rumıniyadakı hədəfləri deyil, hətta İtaliya və Almaniyanı vura bilər. Baltik dənizindən buraxılsa, Skandinaviya ölkələrini vurar” – qəzet yazır.

İkincisi isə “Gazeta Wyborcza” hesab edir ki, Rusiya bu addımı ilə SSRİ-nin dağılmasından sonra Xəzər dənizi və onun sərvətləri uğrunda rəqabət apardığı qonşularını qorxutmuş oldu. “Növbəti dəfə “Kalibr” Azərbaycanın və ya Qazaxıstanın yaradılmaqda olan donanmasına zərbə endirə bilər. Və üçüncüsü, uğurlu raket hücumu müştəriləri getdikcə artan Rusiya silahlarının özünəməxsus reklamı oldu” – Polşa nəşri vurğulayır.

Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərinin keçmiş müavini, general Roman Polko isə “Nasz Dziennik” qəzetinə müsahibəsində deyib ki, Rusiyanın qanadlı raketlərdən istifadə etməklə Xəzər dənizindən keçirdiyi əməliyyat həm də Qərbə siqnal oldu. “ABŞ və qərb ölkələri qərara gələ bilmirlər ki, “İslam dövləti”nin qarşısını almaq üçün Əsədlə anlaşsınlar, ya yox. İndi isə Putin onların səhvindən istifadə edərək nümayiş etdirir ki, Qərb koordinasiyalı fəaliyyətə hazır deyil və böhrandan çıxış konsepsiyası yoxdur” – ekspert bildirib(virtualaz).

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv