!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın moderatorluğu altında Qarabağ probleminin həllini düşünmək belə yanlışlıqdır" - Politoloq

!Reklam – Yazi

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü baş tutacaq. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nazirlər Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün aprelin 28-də keçiriləcəyi bildirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı qeyd edilb.

Nazirlərin Moskvada baş tutacaq görüşünü Yeniçağ.az-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Qarabağ münaqişəsinin həlli yenə uzanacaq:

“Dağlıq Qarabağ məsələsi Rusiyanın əlində böyük bir alətdir. Çünki Azərbaycanı da, Ermənistanı da özündən asılı vəziyyətdə saxlayır. Bu öz səmərəsini keçən 25 ildə çox yaxşı göstərib. Münaqişənin həll olunması onlara heç də sərf etmir. Rusiya bu cür görüşlərin təşkilini və vasitəçilik etməsini görüntü olaraq yaradır. Amma daha çox tərəflərin barışmamasına çalışırlar. Bu görüşdən də nəsə gözləməyə dəyməz. Hər halda heç bir amil hansısa irəliləyişin olmasını göstərmir”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, bu görüşə həlledici kimi yanaşmaq doğru deyil:

“Çünki Ermənistan indiyə kimi sülh danışıqlarını sabotaj edir. ABŞ-ın ən müasir kəşfiyyat qurğuları həqiqətən də cəbhə xəttində Ermənistana pulsuz hədiyyə olunub və Azərbaycanın bütün pozisiyaları aydın şəkildə müşahidə olunur. Ermənistan parlament seçkilərinə hazırlaşırdı deyə, Azərbaycanla sülh danışıqları aparmaq heç də sərfəli deyil. Seçkiqabağı hansısa güzəştə getmək, hətta bir və ya iki rayonun qaytarılmasına razılıq vermək Sərkisyan hakimiyyəti üçün öldürücü ola bilərdi. Bu baxımdan da Rusiya Ermənistana ciddi təzyiq etmədi. Artıq seçki bitib, Sərkisyan Moskva ilə razılaşaraq hökuməti istədiyi kimi formalaşdırıb. Bundan sonra Ermənistan sülh danışıqlarını rahat şəkildə apara bilər. Dağlıq Qarabağ probleminin istisna hal kimi, Suriya və Ukrayna böhranlarından kənar həll edilə biləcəyini düşünmək doğru olmaz. Suriya və Ukrayna münaqişəsi kontekstində bu gün Qərb-Rusiya qarşıdurması var. Ukraynaya görə Rusiyaya çox ciddi sanksiyalar da tətbiq olunub. Bütün bu məsələlərdə qlobal güclər və ATƏT-in Minsk Qrupunda iştirak edən həmsədr dövlətlər arasında heç bir uzlaşma olmasa, razılaşma və sülh danışıqlarının müsbətə doğru həllindən söhbət gedə bilməz. Rusiyanın moderatorluğu altında Qarabağ probleminin həllini düşünmək belə yanlışlıqdır. Çünki ABŞ-ın Cənubi Qafqazda geosiyasi maraqları var. Sərkisyan da Qərb dünyası ilə Rusiya arasında geosiyasi manevr etməkdədir. Bu görüş sadəcə atəşkəsin bir növ qorunub saxlanmasına xidmət edir. Düşünmürəm ki, həlledici və döyüşqabağı bir görüş olsun”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv