!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın səssiz çöküşü: Rəqəmlər nə deyir?

!Reklam – Yazi

1452708686Rusiya iqtisadiyyatı yaxın 3 il ərzində dərin böhran dalğasına bürünəcək və bu, bütün iqtisadi sektorları zəiflədəcək.

Bu sözləri hazırkı proseslər fonunda Rusiyanın iqtisadi durumu və ölkəni gözləyən dəyişikliklərlə bağlı Axar.az-a danışarkən iqtisadçı Rəşad Həsənov deyib. Sanksiyalar tətbiq edilməzdən öncə və sonra Dövlət Neft Fondunun və Mərkəzi Bankın rezervlərinin müqayisəli təhlilini aparan ekspert Rusiya hegemoniyasının sonunun yaxının olduğunu bildirib:

“Ukrayna konfliktindən əvvəl, 2013-cü ilin noyabrın sonuna Rusiya Mərkəzi Bankının rezervləri maksimum həddinə – 515 milyard dollara yüksəlmişdi. Konflikt Rusiya iqtisadiyyatına təsirlərini göstərir və neftin dünya bazarında qiyməti 115 dollar ətrafında olduğu 2014-cü ilin iyulunda bankın rezervləri 472 milyard dollara qədər azaldı. Qərbin və ABŞ-ın tətbiq etdiyi sanksiyalar və neftin kəskin ucuzlaşması isə prosesi daha da sürətləndirdi. Nəticədə 8 ay ərzində valyuta ehtiyatları 120 milyarddan artıq azaldı və 2015-ci ilin martında minimum həddinə – 351,2 milyard dollara düşdü.

2014-cü ilin sonunda yaranmış vəziyyətin idarəedilməzliyini nəzərə alaraq Rusiya Mərkəzi Bankı yerli valyutanın sabitliyini qorumaqdan imtina edərək tənzimlənən üzən məzənnə rejiminə keçid qərarı verdi. Beləliklə, bu ölkə yerli valyutanın dəyərsizləşdirilməsi hesabına valyuta ehtiyatlarını qorumaq yolunu seçdi”.

İqtisadçı hazırda Rusiya Mərkəzi Bankının valyuta ehtiyyatlarının 370 milyard dollar həcmində olduğunu bildirib:

“Sanksiyalardan qabaq – 2014-cü ilin əvvəlində 1 ABŞ dolları 32 rubl idisə, günümüzdə 76 rubladək yüksəlib. Başqa sözlə, Rusiya valyutası 2,4 dəfə dəyər itirib. Yəni hökumət rezervlərin qorunmasının ağırlığını xalqın üzərinə yönəltdi. Təbii ki, rublun kəskin dəyər itirməsi ölkə vətəndaşlarının sosial yükünü də dəfələrlə ağırlaşdırır”.

Ekspert çox önəmli bir məqama, Rusiyanın valyuta ehtiyatlarının əriməsində kritik hədd məsələsinə də aydınlıq gətirib:

“Bu barədə dəqiq rəqəm söyləmək bir qədər çətindir. Çoxları bunun 100 milyard dollar olduğu fikrindədir. Bəziləri isə 250 milyardı kritik hədd hesab edir. Fakt odur ki, bu ölkənin rezerv valyuta ehtiyatı ötən dövr ərzində 29 faiz azalıb”.

R.Həsənov valyuta ehtiyatlarının kəskin azalması və rezervlərinin kritik həddə yaxınlaşması fonunda Rusiya iqtisadiyyatını gözləyən proseslərdən də danışıb:

“Rusiya dünyanın ən müxtəlif bölgələrində böyük xərclər bahasına nüfuz müharibələri aparır. Əgər rezervlər azalarsa, bu ölkənin likvidliyini aşağı salacaq və rublun dəyərdən düşməsini sürətləndirəcək. Rusiya vəziyyəti borclanma hesabına tənzimləməyə çalışacaqsa, bu da ölkəni uzunmüddətli maliyyə itkilərinə sürükləyəcək. Rusiya iqtisadiyyatı yaxın 3 il ərzində dərin böhran dalğasına bürünəcək və bu, bütün iqtisadi sektorları zəiflədəcək. Xüsusilə də büdcə xərcləmələrində azalmalar baş verəcək ki, bu da daha çox büdcədən qaynaqlanan iqtisadiyatı məhv edəcək. Kapitalı əllərində cəmləşdirən oliqarxlar ölkədən gedərsə, bu, Rusiya hegemoniyasının sonu və iqtisadi defolta səbəb olacaq”.

Rusiyanın zəifləməsinin qonşu ölkələrə təsiri məsələsinə gəldikdə isə eskpert hesab edir ki, zəif Rusiya güclü Azərbaycan deməkdir:

“İlk növbədə bu ölkənin bölgədəki mövqeləri zəifləyəcək ki, nəticədə Avropa-Asiya arasında əlverişli geosiyasi mövqeyinə görə Azərbaycan Qafqazın ən böyük ölkəsinə çevriləcək. İkincisi, sivil dünya ilə münasibətlərin dərinləşdirilməsində Azərbaycanın qarşısında heç bir maneə qalmayacaq”.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv