Ads by Google

hightechnic
Ads by Google

ru_siyaQərb dövlətləri ilə uzun illərdir Suriyadakı böhrandan çıxış yolu axtaran Rusiya münaqişənin həllinə dair öz planını hazırlayıb.

“Reuters” agentliyinin əldə etdiyi həll planına görə Suriya hökuməti və müxalifəti arasında Konstitusiya islahatları ilə bağlı geniş tərkibli danışıqlar aparılmalıdır. Bundan sonra 18 ay ərzində prezident seçkilərinin keçirilməsi təmin olunmalıdır.

“Reuters”in məlumatına görə, 8 bəndlik həll planında Bəşər Əsədin seçkiyə qədərki müddətdə ölkə başçısı funksiyalarının icrasını davam etdirməsi əks olunub. Bundan başqa, o, yeni seçkilərdə iştirak hüququndan da məhrum olunmayacaq:

“Ümumxalq səsverməsində qələbə qazanan Suriya prezidenti Bəşər Əsəd Ali Baş komandan, xüsusi xidmət orqanları və xarici siyasət sahəsində rəhbər funksiyaları icra etməlidir”.

Sənəddə göstərilir ki, Suriya tərəfi BMT-nin patronajlığı altında keçiriləcək konfransda bütün tərəflərlə təmsil olunmalıdır. Rusiya ölkədə prezident seçkilərinə qədər keçiriləcək islahatlar prosesinə Bəşər Əsədin deyil, bütün tərəflərin razılaşdırdığı başqa bir siyasi fiqurun başçılıq etməsini istəyir.

“Reuters” Moskvanın Suriya planının ötən həftə Vynada keçirilən beynəlxalq konfransda təqdim olunduğunu və ciddi müzakirələrə yol açdığını yazıb.

Rusiya Xarici İşlər Nazirliyi isə xüsusi bəyanatla çıxış edərək agentliyin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib(modern).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."