Rusiyanın talışları niyə qızışdırır? – Sosial yoxsa etnik aksiya?

Rusiyanın talışları niyə qızışdırır? – Sosial yoxsa etnik aksiya?

Müəllif: Baş Redaktor

Baş Redaktor

Russian_bearElşən Mustafayev: “Rusiya ölkəmizin cənubunda bahalaşma əleyhinə baş verən narazılığı milli zəmində etiraz kimi qələmə verməklə bölgədə separatizmi qızışdırmaq istəyir”

Son günlər Azərbaycanın bir sıra rayonlarını bahalaşma əleyhinə bürüyən etiraz aksiyalarını Rusiya mətbuatı başqa istiqamətə yozmağa çalışır. Belə ki, Rusiyanın bir sıra mətbu orqanlarında keçən həftə Astara və Cəlilabad rayonlarında bahalaşmaya qarşı baş verən etiraz aksiyaları talış xalqının guya ki, öz haqları uğrunda mübarizəsi kimi qələmə verilib.  Maraqlı cəhətdən biri də ondan ibarətdir ki, Rusiya mətbuatı Azərbaycanın digər rayonlarında bahalaşma əleyhinə baş verən etirazlara ötəri münasibət bəsləsə də, məhz Cəlilabad və Astarada keçirilən həmin aksiyalara daha çox yer verib, özü də hadisəni mövzu üzrə deyil, başqa istiqamətə yönəltməyə çalışıblar.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Elşən Mustafayev bildirdi ki, Astara və Cəlilabadda bahalaşma eleyhinə baş verən etirazları milli mistəvidə aksiya kimi qələmə verməyə çalışan Rusiya mətbuatı və onların Kremldəki hamiləri bu kimi çirkin hərəkətlərilə Azərbaycanda qarşıdurma yaratmağa çalışırlar. Bu həm də şimal ölkəsinin imperiyapərəst siyasətinin nəticəsidir: “Kreml hakimiyyətinin yüksək dairələri, hərbçilər və siyasiləri arasında açıq şəkildə Rusiyanın imperiya sərhədlərini bərpa etmək arzusunda olan və bunu rəsmən elan edən siyasətçilər çoxdur. Bu ifadələr ölkənin birinci, ikinci şəxsləri tərəfindən heç zaman dilə gətirilməsə də, Dövlət Dumasında və digər siyasətçilər səviyyəsində dəfələrlə elan olunur. Sözsüz ki, səslənən bu ifadələr də özbaşına olaraq səslənmir. Hamı gözəl bilir ki, Azərbaycanın müxtəlif rayonlarında son günlər baş verən hadisələrin hamısı bir səbəbdən qaynaqlanır. Bu da devalvasiyadan sonra qiymət artımları ilə bağlı olaraq əhalinin narazılığı ilə bağlı idi.

Həmin etiraz aksiyalarında hər hansı bir etnik və digər separatçı meylləri axtarmaq yersizdir. Rusiya mətbuatında gedən bu yazılar əslində qarşıdurma yaratmağa hesablanıb. Bununla belə, Rusiya mətbuatında ölkəmizdəki hadisələrin başqa formada yozulması onu göstərir ki, Azərbaycan Rusiyaya münasibətdə nə qədər loyal olsa, balanslaşdırılmış siyasət yürütsə də, Moskvada hətta ən yüksək səviyyədə belə çalışırlar ki, ölkəmizi parçalamaq, burada ciddi narazılıq yaratmaq üçün separatçı meyllərə söykənən iştişaşlar salsınlar. Ölkənin daxilində yaşanan problemlər, hansı ki, istər Astara, istər Qazax, istər Bakıda olsun, hamısında eyni problemdir. Amma Rusiyanın müəyyən qüvvələri addım-addım keçmiş imperiya sərhədlərini bərpa etməyə çalışır. Ona görə də ölkəmizin cənubunda bahalaşma əleyhinə baş verən etirazları milli zəmində etiraz kimi qələmə verməklə separatizmi qızışdırmaq istəyirlər. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycanda yaşayan insanlar gözəl başa düşür ki, son günlər baş verən hadisələrin etnik və separatçı amillərlə heç bir əlaqəsi yoxdur. Son olaylar sadəcə olaraq sırf ölkə daxili, iqtisadi problemlərlə bağlı olaraq əhalinin öz fikirlərini bildirməsilə bağlı olan hadisə idi. Hər halda ehtiyatı da əldən verməməliyik. Bir millət olaraq hər bir hadisəyə və ona da adekvat cavab verməyə hazır olmalıyıq. Ölkəmizin hansı mövqe tutmasından asılı olmayaraq, Rusiya özlərinin Azərbaycana qarşı olan tarixi fikirlərini dəyişdirməyib. Ermənistanda olmasa da, bu gün Azərbaycanda isə kifayət qədər rus dilli məktəblər fəaliyyət göstərir. Amma yenə də Moskva Ermənistana önəm verməkdə davam edir”.

ELÇİN

Gündəm, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti