!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın yeni hədəfi: Azərbaycan ilə Türkiyəni…

!Reklam – Yazi

12746111_10207455765265052_291776523_nNatiq Miri: “Davudoğlu məhz Rusiya-Türkiyə münasibətləri kontekstində Azərbaycana hər hansı bir zərər dəyə biləcəyi və belədə Moskvanın növbəti hədəfində ölkəmizin olacağına işarə vurub”

Türkiyənin baş naziri Əhməd Davudoğlu bu günlərdə Ukraynada səfərdə olarkən belə bir açıqlama ilə çıxış edib ki, Rusiyanın Gürcüstan, Ukrayna və Suriyadan sonra növbəti hədəfi Azərbaycan olacaq. Aydın məsələdir və yaxın keçmişdə gördüklərimiz də onu deməyə əsas verir ki, Moskva özünün siyasətinə əks gedən yaxın qonşularını bu və ya digər formada cəzalandırmaq yolunu tutub.
Bu mənada görəsən, Ərdoğanın yuxarıda qeyd olunan açıqlaması nə dərəcədə reallığı əks etdirir? Rusiyanın növbəti hədəfi həqiqətənmi Azərbaycan ola bilər?
Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Azərbaycanın Rusiyanın növbəti hədəfi olması məsələsi əslində daha çox siyasi anlamda deyilən bir məsələdir: “Konkret ola bilsin bəlkə də kəşfiyyat məlumatlarına söykənməyən məlumatdır. Çünki, Rusiyanın növbəti hədəfinin Azərbaycan olduğunu deyəndə, ölkəmiz zatən Moskvanın hədəfində olub və torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Ona görə də bundan ötəsinə Rusiyanın gücünün çatacağına inanmıram. Doğrudur Rusiya Suriya kontekstində bəzi açıqlamalar verir. Bu açıqlamalar da Rusiyanın Suriyada ABŞ koalisiyası və onun tərkib hissəsində Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər kimi müsəlman ölkələrinin iştirakı ilə quru əməliyyatları keçirmək niyyətilə əlaqədardır. Moskva bundan çox əndişələnir. Çünki, bu gücün qarşısında Rusiya və onun rəhbərlik etdiyi koalisiyanın durmaq gücü yoxdur. Ona görə ki, bu miqyasda və qısa zamanda Rusiya quru qoşunlarının Suriyaya gətirilməsi mümkünsüzdür. Ona görə Rusiya informasiya savaşı çərçivəsində bir çox açıqlamalar verir. Bu açıqlamalardan birini də Gürcüstanın Pankisi dərəsində terrorçuların yuva salması ilə bağlı Rusiya XİN rəhbəri Lavrovdan eşitdik. Buna paralel olaraq Şimali Qafqazda da kütləvi surətdə İŞİD və ona bağlı terrorçu qrupların peyda olması və Rusiya xüsusi xidmət orqanlarının bu ərazidə antiterror əməliyyatları keçirməsi barədə yayılan intensiv informasiyalar da göstərir ki, Kreml əslində bununla Qərbi təhdid etməyə çalışır. Yəni demək istəyir ki, Qərb Rusiyanın geosiyasi maraqlarını Suriyada məhdudlaşdırmaq yolunu tutsa, buna cavab olaraq Kreml də Qafqaz regionunda onların geosiyasi maraqlarının olduğu ölkələrə müdaxilə edə bilər. Əslində, bu açıqlamalar da ona xidmət edir. Ancaq bütün hallarda bunlar bir psixoloji informasiya savaşı çərçivəsində baş verən hadisələrdir. Davudoğlunun dedikləri də təxminən bu konteksdədir. O mənada ki, Moskva Ankara qarşıdurması fonunda Kreml təbii ki, Azərbaycanın da öz yanında olmasını istəyir və ölkəmizin qardaş Türkiyəni dəstəkləməsi ehtimalından çox böyük əndişə duyur. Türkiyədəki son terror hadisələrinin də hansı zamana təsadüf etdiyini qətiyyən göz ardı etmək olmaz. Bu terror hadisələri o zaman baş verdi ki, Türkiyə prezidenti Azərbaycana gəlirdi. Həmin səfərin Rusiya mediasında ciddi şəkildə qabardırıldığını da yaddan çıxarmamalıyıq. Belə çıxır ki, Ərdoğanın ölkəmizə səfərindən Moskva ciddi mənada narahatlıq keçirib. Görünür bu səfər çərçivəsində bir sıra həyatı məsələlər müzakirə olunmalı idi ki, onun da qarşısı terror hadisələrilə alındı. Bu terrorun da PKK və ya PYD tərəfindən törədildiyinə inanmıram. Bunlar sadəcə olaraq dünya güclərinin əlində olan bir maşadır. Onların sifarişçiləri vardır. Fransada törədilən terrorla bağlı olaraq bu ölkənin xüsusi xidmət orqanları araşdırma apararaq onun kökündə Rusiya xüsusi xidmət orqanının olduğunu sübut ediblər. Düşünürəm ki, Türkiyə hadisəsində də məhz Moskvanın barmağı var. Ola bilsin, burada Əsədin, İran və hətta ABŞ-ın da barmağı olsun. Ancaq məsələni o kontekstdə dəyərləndirmək lazımdır ki, Davudoğlu Rusiyanın növbəti hədəfinin Azərbaycan olması barədə fikirlərini elə-belə söyləməyib. Məhz Türkiyənin Suriya prosesində aktivləşməsindən sonra bu məsələlər dövriyyəyə daxil oldu, nəhayət Ankarada terror hadisəsi törədildi. Fikrimcə, Davudoğlu da məhz Rusiya-Türkiyə münasibətləri kontekstində Azərbaycana hər hansı bir zərər dəyə biləcəyi və Moskvanın növbəti hədəfində ölkəmizin olacağına işarə vurub”.

ELÇİN

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv