!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya gedən 7 qoca QİÇS-ə yoluxdu

!Reklam – Yazi

Cənubi Kareliyada son bir QİÇS-ə yoluxma ilə bağlı 7 fakt qeydə alınıb.

Yeniçağ.Ru-nun məlumatına görə, qorxunc xəstəliyə tutulanlar Rusiyaya qonaq gələn yaşlı finlərdir.

Bu barədə açıqlama verən Cənubi Kareliya sosial-səhiyyə dairəsinin rəhbəri, həkim-infektoloq Pekka Suomalaynen qocaların QİÇS-ə yoluxma faktını onların seks-əyləncə həvəsinin nəticəsi adlandırıb:

“Yoluxmalar Rusiya sərhədinə yaxın ərazilərdə qeyd alınıb. Bu, yəqin ki, seks turizminin nəticəsidir”.

Onun sözlərinə görə, son illərdə Cənubi Kareliyada HİV-ə yoluxma halları sürətlə artıb və bu xəstəliyə tutulanlar arasında yaşlı adamların sayı çoxalıb. Həkim bildirib ki, bu virusun daşıyıcıları tibbi müalicəyə başlamadıqda, onların vəziyyəti pisləşir və xəstəlik QİÇS mərhələsinə keçir.

Qeyd olunur ki, ölkədən kənara istirahətə yollanan finlər ölkəyə tək QİÇS deyil, sifilis kimi xəstəliklər də “gətirirlər”:
“Bu “hədiyyə” Rusiyadan və başqa ölkələrdən gətirilir”.

Yeniçağ.Az

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv