Yazı İçi 468×60

13870069254219Avropa İttifaqı Şurası Rusiya Federasiyasının fiziki şəxslərinə qarşı sanksiyaların sentyabradək uzadılmasına dair qərar qəbul edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini bildirib.
Aİ XİN rəhbərləri 10 gün ərzində Ukraynanın şərqindəki münaqişənin gərginləşməsində məsuliyyətli hesab edilən fiziki və hüquqi şəxslərin “qara siyahısı”nın genişləndirilməsinə dair təkliflər hazırlamağa göstəriş verib. Bu məsələ üzrə qərarın Aİ Şurasının fevralın 9-da keçiriləcək iclasında veriləcəyi gözlənilir.

Federika Moqerini qeyd edib ki, Avropa İttifaqı Şurası Ukraynadakı münaqişənin nizamlanması üzrə bütün diplomatik səyləri dəstəkləyir.

Sanksiyalar “qara siyahı”ya daxil edilən şəxslərin bank hesablarının dondurulmasını və Aİ ölkələrinə səfər etmək üçün vizaların verilməməsini nəzərdə tutur.

Hazırda Aİ-nin “qara siyahısı”na 132 fiziki və 28 hüquqi şəxs daxil olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."