yenicag.az
yenicag.az

“Rusiyaya təslim olmayacağıq” – Türkmənlərdən mesaj – Video

“Rusiyaya təslim olmayacağıq” – Türkmənlərdən mesaj – Video

Müəllif: Redaktor

Editor

turkmenler-silahimiz-olsa-basa-cikariz-7900232_502_mSuriyada Türkmənlərin özünümüdafiə qoşunu “Türkmən Dağı təslim oldu” xəbərlərinə sərt reaksiya verib.

Bunula bağlı sosial mediada videoçarx paylaşan Türkmənlər Rusiya hərbi havva qüvvələrinin bombardımanı nəticəsində təslim olmayacaqlarını bəyan ediblər: “Hər kəs həddini bilsin. Qanımızın son damlasına qədər vuruşacağıq. Kimsə bizim təslim olmuşuq xəbərinə inanmasın”.

Videoçarxda özünü komandir kimi təqdim edən şəxs Suriyanın hazırki prezidenti Bəşər Əsədə dəstək olan dövlətlərə də səslənib: “Hər kəs həddini bilsin. Türkmən dağı Türkün yurdudur. Türkmən dağı heç zaman təslim olmayacaq. Son nəfəsimizə qədər mübarizə aparacayıq. Bizə bu yolda Allah özü kömək edəcək. Daha sonra da Türk dövlətinin və Türk millətinin xeyir duası ilə zəfər çalacıq. Allah var, kədər yox. Qanımız axsa da zəfər İslamındır”(Azvision).

Dünya, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti