www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiya futbolunda ciddi maliyyə böhranı yaşanır.

Yenicag.az xəbər verir ki, bu problem “Rubin” klubundan da təsirsiz ötüşməyib.

Yayılan xəbərlərə görə, Kazan təmsilçisində 4 aydır maaşlar verilmir. Futbolçular qışda komandanı tərk etmək üçün rəhbərliklə danışıqlar aparırlar. Millimizin üzvü Ruslan Abışovun sabiq komandasının hazırda legionerlərə 10 milyon funt-sterlinq dəyərində borcu olduğu bildirilir. Lakin, rəhbərlik bu məbləği ödəmək üçün heç bir maliyyə qaynağı tapa bilmir.

Qeyd edək ki, “Rubin”in prezidenti Rusiyanın ən varlı 88-ci adamı Radik Şaymievdir. Komandanın İdarə Heyətinin sədri isə Rustam Minnixanovdur. O, eyni zamanda Tatarıstanın prezidenti və Rusiya dövlət başçısı Vladimir Putinin dostudur.

Maraq üçün bildirək ki, “Rubin” 60 illik tarixə malikdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1962
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.