!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar Zaxarovanı topa tutdu - baş örtüyünə görə - Foto

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın “facebook” sosial şəbəkəsində paylaşdığı foto birmənalı qarşılanmayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Mariya Zaxarova rəsmi görüşlərdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Səfər zamanı qadın siyasətçi ölkə qanunvericiliyinə əsasən qapalı geyinib və başını örtüb. Şəklini “facebook” sosial şəbəkəsində paylaşan Zaxarova bu sözləri yazıb:

“Səudiyyə Ərəbistanına gələr-gəlməz mənə geyim məsələsində qanunlara tabe olub-olmayacağımı soruşdular. Əlbəttə, tabe olacağam dedim.”

Bir neçə dəqiqə ərzində minlərlə izləyici Zaxarovanın geyiminə münasibət bildirib və onu qeyri-səmimilikdə ittiham edib. Belə ki, rus istifadəçilərin fikrinə görə, nəzakət qaydasına uyğun olaraq, Zaxarova sadəcə başını örtə bilərdi, ancaq o, bu şəkli paylaşmaqla hərəkətini şouya çevirib.

www.yenicag.az

1033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv