www.sinerjipro.net

SinerjiProWide
Reklam

img1851989Vüqar Bayramov: “Problem dərinləşsə və real təhlükə hiss etsək, o halda öz dövlət qurumlarımızın dəstəyi və köməyilə onu həll etməyə çalışacağıq”

Mətbuatın yazdığına görə, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” Azərbaycanda fəaliyyət göstərən və iqtisadi məsələlərin təhlili, proqnozu ilə məşğul olan İqtisadi və Sosial İnkişaf Mərkəzini (İSİM) yəhudilərin yaratdığı mərkəz adlandıraraq onun sədri Vüqar Bayramovu zəhərləməyə belə çağırış edib.

Belə ki, Pleskov Qrupu son hesabatında yazır ki, CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir və əgər onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında İSİM sədri Vüqar Bayramov bildirdi ki, təşkilatlarının dünyada nüfuz qazanması və tanınması xaricdəki bəzi qüvvələri narahat etdiyindən onlar belə provokasiyalara baş vurublar: “Pleskov Slavik Qrupunun hesabatının məğzi ondan ibarətdir ki, dünyanın güclü beyin mərkəzləri yəhudilər tərəfindən idarə olunur. Təşkilatımızın da Cənubi Qafqaz və Orta Asiyanın ən güclü mərkəzi olduğunu nəzərə alsaq, bu kontekstdən çıxış edən həmin təşkilatın arqumenti ondan ibarətdir ki, İŞİM regionda ən güclü mərkəzdirsə, deməli onu idarə edənlər yəhudilər və digər millətlər tərəfindən formalaşıb və idarə edilir. Düşünürəm ki, burada mərkəzimizin qlobal qiymətləndirmədəki mövqeyi, regionda birinci olması, Cənubi Qafqazdan Harvard Universitetinin rəsmi internet səhifəsinə daxil edilən yeganə təşkilat olmağımız təəssüf ki, bir çox millətçi qrupların, o cümlədən Rusiyada fəaliyyət göstərən sözügedən qrup tərəfindən heç də yaxşı qarşılanmayıb. Burada təəssüf ki, mərkəzin rəhbəri olaraq mənə qarşı da zəhərləmək kimi xüsusi  çağırışlar da var. Düşünürəm ki, bunlar sadəcə bir Azərbaycan mərkəzinin qlobal səviyyədə əldə etdiyi uğurların millətçi qruplar tərəfindən həzm edilə bilməməsilə bağlıdır”.

Lakin V. Bayramov hələlik sözügedən çağırışla bağlı olaraq hüquq-mühafizə orqanlarına təhlükəsizliyinin təmini üçün müraciət etmək fikrində deyil: “Hələlik burada söhbət Rusiyada fəaliyyət göstərən bir qurumun çağırışından söhbət gedir. Bu çağırış təkcə Azərbaycandakı təşkilatla bağlı çağırış deyil, həmin qrup qlobal olaraq öz tərəfdaşlarına çağırış edir. Hələlik bu təşkilatımıza və mənə qarşı bir çağırışdır, özü də əsası olmayan. Amma gələcəkdə belə hərəkətlər davamlı olarsa və real təhlükələrin olduğunu hiss edəriksə, Azərbaycan vətəndaşı olaraq dövlətimizin dəstəyinə ehtiyac duyacağıq. Həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət edərək dövlətin dəstəyindən faydalanmağa çalışacağıq. Təşkilatımıza qarşı şər atan bu qrupla bağlı olaraq hələlik beynəlxalq məhkəmələrə müraciət etməyimiz də ilkin mərhələdə gündəlikdə deyil. Amma problem dərinləşsə və real təhlükə hiss etsək, o halda öz dövlət qurumlarımızın dəstəyi və köməyilə problemi həll etməyə çalışacağıq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 75
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."