!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

RYTN-nin Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub-Fotolar

!Reklam – Yazi

59sKB5U7u53lAvqustun 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edib.

Nazirin müşaviri Müşfiq Əmirov bildirib ki, bu gün informasiya cəmiyyətinin inkişaf etdiyi, qlobal informasiya məkanında yeni tələb və trendlərin formalaşdığı zamanda bütün informasiya təsisatlarının öz strukturunda dəyişikliklər etməsi labüddür. Bu baxımdan müasir standartlara və ən son texnologiyalara əsaslanan mərkəzin fəaliyyəti məqsədə uyğundur. RYTN-in informasiya siyasətinin tənzimlənməsi, nazirliyin həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək

Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və “ICTnews” Elektron Xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq(azertag.az).

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv