Yazı İçi 468×60

rza var dovletMüğənni Ebru Gündəş Amerikada məhbus olan həyat yoldaşı Rza Zərrab üçün Manhattanda kirayə ev tutub.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, ötən gecə “Şişli Günay” restoranında səhnəyə çıxan sənətçi şən hərəkətləri ilə diqqət çəkib. Həyat yoldaşının Amerikada həbs olunmasının təsirindən çıxan Gündəş konsert boyu tamaşaçılarla zarafat edib. Qonaqlarla tez-tez ünsiyyət quran müğənni etiraf da edib: “Çox gözəl bir axşamdır. Mahnılarımı qarşınızda həyəcanlanaraq söyləyirəm. Hər zaman sizinlə birlikdə dərdləndik, kədərləndik, köhnə eşqləri xatırladıq”.

Gündəşin gözəl əhval-ruhiyyədə olması “Zərrab pul cəzası ilə sərbəst buraxılsa, yaşaması üçün evi hazırdır. Ebru Nyu-Yorkdakı bir göydələndə ev tutub. Əhvalı da ona görə düzəldi. Yəqin, Zərrab sərbəst buraxılacaq” iddialarının səslənməsinə səbəb olub.

Qeyd edək ki, R.Zərrab martın 19-da Mayami Aeroportundan ABŞ-a girmək istəyərkən, FBR agentləri tərəfindən saxlanılıb və məhkəmədə həbs olunub. İran əsilli iş adamı ABŞ-ın mənafelərinə qarşı komplo qurmaq, İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaq, bank saxtakarlığı və qara pulların yuyulması cinayətlərinə görə ittiham olunur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."