www.sinerjipro.net

SinerjiProWide
Reklam

rza zerrab 14 aprelABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab Nyo-Yorkda məhkəmə qarşısına çıxacaq.

Bu barədə Rza Zərrabın həbsi ilə bağlı iddianamə hazırlayan Nyo-Yorkun nüfuzlu prokuroru Prit Bharara və Vəkillər Kollegiyasının mətbuat katibi Ceyms Marqolin açıqlama verib. Bildirilib ki, R.Zərrab Mayami həbsxanasından Nyu-Yorka aparılacaq və daha sonra məhkəmə qarşısına çıxarılacaq.

C.Marqolinin sözlərinə görə, R. Zərrabın Nyu-Yorka gətiriliməsi prossesi 2 həftədən sonra baş tuta bilər. ABŞ Ədliyyə Sisteminin nümayəndələri əlavə ediblər ki, bu prosses bir neçə gün davam edəcək.

“Mayamidə həbsdə olan Rza Zərrab ABŞ Federal Təhlükəsizlik Qüvvələri tərəfindən avtobusla Nyu-Yorka aparılacaq. Avtobusda Zərrabla yanaşı digər məhbuslar da olacaq. Prosses zamanı həmin məhbuslar müxtəlif həbsxanalara aparılacaqlar”.

C.Marqolin R. Zərrabın Nyu-Yorka gələn zaman hakim qarşısına çıxaracağını və ilk məhkəmə iclasında vəkillərinin onun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətlər qaldıracağını qeyd edib.

O, həminin məhkəmə iclaslarının sentyabr ayına qədər gecikə biləcəyini də istisna hal hesab etmədiyini bildirib.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."